Rudigerə İtaliyadan təklif var

Antonio Rudiger yayda "Real Madrid"dən ayrılma ehtimalı böyükdür.

Sportline.az xəbər verir ki, bu haqda "Diario As" nəşri məlumat yayıb.

"Yuventus" 33 yaşlı stopperin xidmətində maraqlıdır.

Turin klubunun baş məşqçisi Luçiano Spalletti almaniyalı müdafiəçinin transferini rəhbərliktən tələb edib.

Qeyd edək ki, Rudigerin "los blankos"la sözləşməsi bu yay başa çatacaq.