Rusiya - Keniya matçının Türkiyədə keçirilməsinin səbəbi

Rusiya - Keniya matçının Türkiyədə keçirilməsinin səbəbi məlum olub.

Sportline.az SE-yə istinadla xəbər verir ki, Keniya millisinin baş məşqçisi Engin Fırat açıqlamasında bunun səbəbini deyib.

“Düzünü desəm, mən oyunun Dohada (Qətər) keçirilməsini xahiş etdim, lakin onlar mənə dedilər ki, o vaxt orada çox isti ola bilər. Ona görə də Antalyada məskunlaşdıq. Düşünürəm ki, bu oyun Rusiya üçün ev oyunu kimi olacaq. Türkiyədə nə qədər rus var bilirsiniz. Stadion dolu olacaq, ona görə də yaxşı atmosfer və çoxlu azarkeş gözləyirəm. Hava yaxşı olacaq və bu stadiona getmək çətin olmayacaq”, - deyə Fırat SE-yə bildirib.

Qeyd edək ki, Rusiya - Keniya yoldaşlıq oyunu sabah Antalyada, "Titanik Mardan" stadionunda keçiriləcək.