Rusiya klubları Türkiyəyə getməkdən imtina edirlər
Son günlər baş verən siyasi hadisələr Rusiya futbol klublarının planlarına təsir edib. SportLine.az xəbər verir ki, artıq "Rostov" klubu Antalyada keçiriləcək təlim-məşq toplanışından imtina edib. Bu haqda ictimaiyyəti məlumatlandıran vitse-prezident Aleksandr Şikunov: "Yanvar ayında Türkiyədə hazırlıq keçməli idik. Lakin son günlər baş verən hadisələr planlarımızı dəyişdi. İlk növbədə, futbolçularımızın təhlükəsizliyini nəzərə almalıyıq. Yəqin ki, ya Kipr, ya da, Dubaya üz tutmalı olacağıq", - deyib.