Rusiya növbəti yoldaşlıq oyununu Belarusa qarşı keçirəcək
Artıq 2 milli ilə yoldaşlıq görüşü təyin edən Rusiya Futbol Federasiyası 3-cü matç üçün UEFA-ya müraciət edib.
Sportline.az Sport.ru-ya istinadla xəbər verir ki, Rusiya millisinin mətbuat xidmətinin məlumatına görə Rusiya və Belarusiya milliləri yoldaşlıq oyunu üçün razılığa gəliblər.
Matçın 2024-cü ilin iyun ayında Minskdə keçirilməsi planlanır.
Qeyd edək ki, Rusiya millisi martın 21-də Serbiya ilə, martın 25-də isə Paraqvay millisi ilə yoldaşlıq oyunu keçirəcək.Hər 2 oyun Moskvadakı VTB Arenada baş tutacaq.