Rusiya tarixində ilk dəfə Türkiyəyə uduzdu

Rusiya millisi tarixində ilk dəfə Türkiyə yığmasına məğlub olub.

Sportline.az xəbər verir ki, Stanislav Çerçesovun kollektivi ötən gecə Millətlər Liqasının 5-ci turunda Şenol Güneşin komandasına minimal fərqlə uduzub- 2:3.

Bu, Rusiya millisi üçün ilk hesab edilir. Belə ki, komandalar arasında ümumilikdə 8 görüş keçirilib. Onlardan 3-ü heç-heçə, 4-ü Rusiyanın qələbəsi ilə başa çatıb. Ötən gecə isə Türkiyə ilk dəfə bu rəqibini məğlub etməyi bacarıb.

Qeyd edək ki, bunadək Türkiyə 1975-ci ildə SSRİ yığmasını üstələyib- 1:0.