Ruslar UEFA ilə bağlı qərar verdilər

Rusiya komandalarının UEFA bayrağı altında keçirilən yarışlardan tədrici davam edir.

Sportline.az xəbər verir ki, bununla belə ruslar konfederasiyanı dəyişmək niyyətində deyillər.

Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov "RİA Novosti"yə açılamasında niyə görə UEFA-da qalmaq istədiklərini belə izah edib: "Biz dünyanın ən güclü konfederasiyasında qalmağa üstünlük veririk. Çünki, Rusiya futbolu üçün ən yaxşısını arzulayırıq".

Qeyd edək ki, Rusiya komandaları 2022-ci ilin mart ayından UEFA və FIFA-nın təşkilatçılığı ilə keçirilən bütün yarışlardan kənarlaşdırılıb.