"Saarbrüken” möcüzəsi davam edir

3-cü liqa təmsilçisi “Saarbrüken” Almaniya kubokuda möcüzələr yaratmağa davam edir.

Sportline.az xəbər verir ki, Almaniya kubokunun 1/4 final mərhələsində "Borussiya Münhenqladbax"ı 2-1 hesabı ilə məğlub edən "Saarbrüken" yarımfinal mərhələsinə yüksəlib

"Saarbrüken"in yarımfinaldakı rəqibi "Kaisrslautern" olacaq.


Qeyd edək ki, bundan əvvəlki mərhələlərdə "Saarbrüken" komandası "Bavariya" və "Ayntraxt Frankfurt"u kubokdan uzaqlaşdırmışdı.