"Sabah" bu legioneri ilə yolları ayırdı
“Sabah” hücumçusu Pavol Şafranko ilə yollarını ayırıb.
Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Slovakiyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.
Pavol 2024-cü ildən "Sabah"ın uğurları üçün çalışırdı. O, komandada keçirdiyi 55 oyunda 18 qol vurub, 3 məhsuldar ötürmə edib.
Təcrübəli hücumçu “Sabah”la bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.