"Sabah" Çexiya klubu ilə bacarmadı
“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.
Sportline.az xəbər verir ki, Azərbaycan təmsilçisi üçüncü matçda Çexiyada "Nimburk"un qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 95:61 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, "Sabah" ilk görüşündə səfərdə Şimali Makedoniya "Mornar"ına (75:80), ikinci dueldə isə Bakıda Türkiyə “Bağçaşəhər”inə (65:83) uduzub.