"Sabah" "Hapoel"ə uduzdu

Yeni mövsümə Bolqarıstanda hazırlaşan "Sabah" bu gün ilk yoxlama görüşünü keçirib.

Sportline.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi komanda İsrailin "Hapoel Hadera" klubu ilə üz-üzə gəlib.

Sofiya şəhərində keçirilən oyun Bakı təmsilçisinin məğlubiyyəti ilə nəticələnib - 0:1.

Xatırladaq ki, Bakıdakı yoxlama oyunlarında "Sumqayıt"a 1:2 hesabı ilə uduzan "Sabah", "Səbailə"ə 3:1 hesabı ilə qalib gəlib.

Banner