"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib

“Sabah” heyətini Qvadelupa yığmasının futbolçusu Stiv Solvetlə gücləndirib.

Bu barədə Sportline.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

"Bayquşlar" onunla 2 illik müqavilə bağlayıb.

O, karyerası ərzində Fransanın “Strasburq B” (2014–2018), “Dijon B” (2018–2019), “Berjerak” (2019–2020), “Set” (2020–2022), “Orlean” (2022–2024) və “Martiq” (2024–2025) klublarının formasını geyinib.

Qvadelupa yığmasının üzvü olan Stiv Solvet millidə 13 oyunda 2 qola imza atıb.