"Sabah" Kipr klubu ilə üz-üzə
Yeni mövsümə hazırlığı Bolqarıstanın Bansko şəhərində davam etdirən “Sabah” bu gün növbəti yoxlama oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, komanda Kiprin yüksək liqa təmsilçisi “Akritas Xlorakas” klubu ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 19:30-da Banskoda keçiriləcək.
Qeyd edək ki, “Sabah” Bolqarıstan toplanışı çərçivəsində ilk yoxlama oyununu İsrailin “Hapoel” (Hadera) klubuna qarşı keçirib (0:1).
Xatırladaq ki, "Sabah" Bakıdakı yoxlama oyunlarında "Sumqayıt"a 1:2 hesabı ilə uduzub, "Səbailə"ə 3:1 hesabı ilə qalib gəlib.
Yoxlama oyunu
19:30. "Sabah" (Azərbaycan) - "Akritas Xlorakas" (Kipr)