"Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sabah" - "Orhus" (Danimarka) cavab oyununa hakim təyinatları açıqlanıb.
Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, matç Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.
Referi Juan Pineyru olacaq. Ona yan xətt hakimləri qismində Lusiano Maria və Hüqo Markes kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fabio Verissimo yerinə yetirəcək.
VAR Tyaqu Martinsə, AVAR isə Andre Narkisoya həvalə edilib.
Qeyd edək ki, komandalar arasında ilk oyun avqustun 5-də Danimarkada, cavab matçı isə 11-də Bakıda baş tutacaq.