“Sabah” “pley-off”a yüksəlsə… Mümkün rəqiblər

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Danimarkanın “Orhus” klubu ilə qarşılaşacaq “Sabah”ın pley-offa yüksələcəyi halda mümkün rəqibləri müəyyənləşib.

Sportline.az haqqin.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu pley-off mərhələsinin püşkatmasında səpələnməmişlər səbətində qatılacağı dəqiqləşib.

Əgər “Lex” (Polşa) “Orhus”la (Danimarka) matçda mərhələ adlasaydı, yüksək UEFA reytinqi (27.250) sayəsində “Sabah” – “Lex” cütü səpələnmişlər arasında yer alacaqdı. Lakin “Orhus”un reytinqi (8.421) buna kifayət etmir. “Sabah”ın klub reytinqi isə 6.000-dir.

Bu səbəbdən “Sabah” pley-off mərhələsinə yüksələcəyi təqdirdə aşağıdakı səpələnmiş komandalardan biri ilə qarşılaşa bilər:

“Seltik” (Şotlandiya)

AEK (Yunanıstan)

“Srvena Zvezda” (Serbiya) – “Hapoel” Ber-Şeva (İsrail) cütünün qalibi

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Jalgiris” (Litva) cütünün qalibi

“Slovan” (Slovakiya) – “Myalbü” (İsveç) cütünün qalibi

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi avqustun 3-də keçiriləcək. “Sabah” isə 3-cü təsnifat mərhələsində “Orhus”la avqustun 4/5-i və 11-də üz-üzə gələcək.

Banner