Sabiq gənclər və idman naziri evində ölü tapılıb

Türkiyənin sabiq gənclər və idman naziri dünyasını dəyişib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, sabiq gənclər və idman naziri və "Trabzonspor" klubunun keçmiş prezidenti Mehmet Ali Yılmaz evində ölü tapılıb.

Mehmet Ali Yılmazın nəşi Beşiktaşda yerləşən evində qızı tərəfindən aşkarlanıb.

İlk araşdırmada Yılmazın ölümündə heç bir şübhəli hala rast gəlinməyib.

Qeyd edək ki, Mehmet Ali Yılmaz 1982-1988, 1989-1992, 1996-2000-ci illərdə “Trabzonspor” klubunun prezidenti olub.