Sane azad agent kimi “Bavariya”dan ayrılacaq
“Bavariya”nın almaniyalı futbolçusu Leroy Sanenin mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.
Sportline.az “Sky Sport DE” nəşrinə istinadən xəbər verir ki, “Bavariya” klubunun rəhbərliyi Saneyə yeni müqavilə təklif etməyəcək.
Sane mövsümün sonunda azad agent kimi klubdan ayrılacaq.
Qeyd edək ki, Leroy Sane bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 16 matçda 3 qol və 1 asistlə yadda qalıb.