Sarri pərəstişkarlarını sevindirdi

Mauritsio Sarri "Yuventus"un məşqlərinə qayıdıb.

Sportline.az İtaliya mətbuatına istinadən xəbərə verir ki, o, komandasının bu gün məşqində iştirak edib.

60 yaşlı mütəxəssisin A seriyasının 3-cü turunda sentyabrın 14-ü keçiriləcək "Fiorentina" ilə matçda komandanın başında olacağı gözlənilir.

Qeyd edək ki, Sarri pnevmoniya xəstəliyindən müalicə aldığı üçün məşqlərdə və oyunlarda komandaya rəhbərlik etmirdi. Ölkə çempionatının ilk iki turuna Turin təmsilçisini Sarrinin köməkçisi Covanni Martuşello çıxarıb.