"Səbail" yeni transferi rəsmiləşdirdi
"Səbail" klubu növbəti transferini rəsmiləşdirib.
Sportline.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadla xəbər verir ki, klub Ayub Timbe Masika ilə anlaşıb.
Premyer Liqa klubu keniyalı hücumçu ilə 1,5 illik müqavilə bağlayıb.
O, son dəfə "Nanjinq Siti"nin (Çin) formasını geyinib.
Qeyd edək ki, 32 yaşlı hücumçu karyerası ərzində "Genk", "Lyers", "Ridinq", "Vissel Kobe" və "Buriram Yunayted" kimi klublarda çıxış edib.
Masika Keniya millisnin heyətində 24 oyunda 4 qol vurub.