Seçmə komanda hazırlığa davam edir

Kişi boksçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığı davam etdirir. SportLine.az xəbər verir ki, komandamız təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

Yığmamız məşqlərini Boks Mərkəzində keçir. Məşqçilər korpusu bu mərhələdə xüsusi fiziki hazırlığa diqqət yetirəcək. Toplanışa 9 boksçu cəlb edilib. Onlardan 5-i mundialda iştirak edəcək idmançılarımızdır. Bu mərhələ avqustun 8-də başa çatacaq.

Qeyd edək ki, dünya çempionatı avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində keçiriləcək. Yarışda ölkəmizin idman şərəfini Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) qoruyacaqlar.