Seçmə komanda hazırlıqlara başlayır
Kişi boksçulardan ibarət Azərbaycan millisi fevralın 4-də təlim-məşq toplanışına start verəcək. SportLine.az xəbər verir ki, komandamızın baş məşqçisi Leonid Loivski hazırlığa 23 nəfər cəlb edib.
Bunlar ölkə çempionatının finalçıları, həmçinin həlledici görüşdə döyüşməyən, lakin öz çıxışları ilə məşqçilər korpusunun diqqətini cəlb edən idmançılardır. Bakıda, Boks Mərkəzində təşkil olunacaq məşqlər fevralın 16-dək davam edəcək.
Toplanış Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək “Strandja” turnirinə hazırlıq məqsədi daşıyır. Bu yarış fevralın 18-26-da olacaq.
Azərbaycan Boks Federasiyasının məlumatı