Seçmə komandamız Avropa çempionatında bu heyətlə çıxış edəcək
Noyabrın 14-24-də Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatı keçiriləcək. SportLine.az xəbər verir ki, yarışda Azərbaycan millisi də iştirak edəcək.
Komandamızın baş məşqçisi Elbrus Rzayev çempionatda Əzizə Abbasova (48 kq), Anaxanım Ağayeva (51 kq), Anna Əlimərdanova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Yana Alekseyevna (60 kq), Məryəm Cəbrayılova (64 kq), Şəhla Allahverdiyeva (75 kq), Leyla Cavadova (81 kq) və Aynur Rzayevaya (+81 kq) şans verəcək.
Qeyd edək ki, yığmamız yarışa hazırlığın son mərhələsini Bolqarıstanda keçəcək.