Seçməmiz Dünya çempionatına Kuba ilə birgə hazırlaşacaq
Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisinin Rusiyada keçiriləcək dünya çempionatına hazırlıq planı məlum olub. SportLine.az xəbər verir ki, yığmamız Sankt-Peterbuqdakı yarışın təlim-məşq toplanışını təşkilatçı şəhərdə keçirəcək.
Burada komandamız mundailadakı rəqibləri ilə birgə hazırlaşacaq. Belə ki, Kuba, Rusiya, Cənubi Koreya, Bolqarıstan və Özbəkistanla birgə toplanış təşkil olunacaq.
Qeyd edək ki, birincilik noyabrın 17-da keçiriləcək. Təlim-məşq toplanışı isə ayın əvvəlində start götürəcək.