Seçməmiz Kubaya yola düşdü
Cüdo üzrə Azərbaycan millisi Braziliyadakı təlim-məşq toplanışını başa vurub. SportLine.az xəbər verir ki, seçməmiz hazırlıq prosesindən sonra Kubaya yollanıb. Komandamız Havanada keçiriləcək Qran-Pri yarışında qüvvəsini sınayacaq.
Yarışda baş məşqçi Peter Zayzenbaherin rəhbərliyi altında İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhəq Rəsullu, Rüstəm Alimli (hər ikisi 81 kq), Ramin Qurbanov, Şahin Qəhrəmanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşangi Kakouri (+100 kq) uğur qazanmağa çalışacaqlar.
Qeyd edək ki, yarış 22-24 yanvar tarixlərində keçiriləcək.