Seçməmizin Tunisə yollanacağı heyət müəyyənləşdi
Cüdo üzrə Azərbaycan seçməsi ilə Afrikada start verəcək. SportLine.az xəbər verir ki, hazırda Braziliyada təlim-məşq toplanışında olan yığmamız buradan Tunisə yollanacaq və Afrika açıq çempionatına qatılacaq.
Komandamızın baş məşqçisi Peter Zayzenbaher artıq heyəti müəyyənləşdirib. Avstriyalı mütəxəssis yarışda ikinci heyətə güvənəcək:
Vüqar Şirinli, Davud Məmmədov (hər ikisi 60 kq), Telman Vəliyev, İlkin Vəliyev (hər ikisi 66 kq), Fəqan Quluzadə, Vüqar Bayramov (hər ikisi 73 kq), Ziya Namazov (81 kq), Tural Səfquliyev (90 kq), Cəlil Şükürov, Firudun Dadaşov (hər ikisi 100 kq), Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Səkinə Zairova (52 kq) və Xanım Hüseynovaya (63 kq).
Qeyd edək ki, yanvarın 16-da start götürəcək yarış iki gün davam edəcək. Turnirə, ümumilikdə, 52 ölkədən 343 (206 kişi, 137 qadın) cüdoçu qatılacaq.