Səhər saat 9-da başlanan oyun
Türkiyə futbolunda qeyri-adi hadisə yaşanıb.
SportLine.az xəbər verir ki, bu barədə Qol.Az saytına istinadən xəbər verir ki, İstanbulun 1-ci həvəskarlar liqasında keçirilən "Cevatpaşaspor" - "Cerrahpaşaspor" oyunu səhər saat 09:00-da başlayıb.
Belədə İstanbulun müxtəlif bölgələrindən gələn bəzi futbolçular saat 05:00-da yuxudan durmaq məcburiyyətində qalıb. Səhər erkən saatlarda baş tutan görüşü stadiondan cəmi 1 azarkeş izləyib.
Qeyd edək ki, bu həftə Türkiyə superliqasında keçiriləcək 13-cü turun üç görüşünün cümə gününə və eyni saata salınması da qardaş ölkədə birmənalı qarşılanmayıb.