Sərtan Taşkının komandasında yeni baş məşqçi
Millimizin sabiq üzvü Sertan Taşkının çıxış etdiyi “Manisaspor’da məşqçi dəyişikliyi yaşanıb.
Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, Mustafa Dalcı ilə yollarını ayıran 1-ci liqa təmsilçisi baş məşqçi postuna Levent Devrimin gətirildiyini açıqlayıb.
“Manisapor”la 11 oyuna çıxan Dalcı bu matçlarda 3 qələbə, 3 bərabərlik, 5 məğlubiyyətlə yadda qalıb.
Qeyd edək ki, “Manisaspor” 1-ci liqada 28 həftə sonra 31 xalla 13-cü sırada qərarlaşıb.