Şahin Diniyev: “Meydanın vəziyyəti qələbəmizə mane oldu”

“Yaxşı oyun alındı. Azarkeşlər üçün də görüşün maraqlı olduğuna inanıram”. SportLine.az xəbər verir ki, bu sözləri “Kəpəz” klubunun baş məşqçisi Şahin Diniyev “İnter”lə oyundan sonra deyib.

Qələbəyə layiq olduqlarını bildirən mütəxəssis, “Xüsusilə, ikinci hissədə daha yaxşı oyun sərgilədik. Bir neçə epizodda Səlahət Ağayev “İnter”i xilas etdi”, - deyib.

Ot örtüyünün vəziyyətindən gileylənən Diniyev: “Meydanın ideal olmaması da oyunuza təsir etdi və qələbə qazanmağımıza mane oldu”, - deyə bildirib.

Qeyd edək ki, “Kəpəz” – “İnter” matçı qolsuz bərabərliklə yekunlaşıb.

Banner