Şahmatçımız rekorda imza atıb

Günay Məmmədzadə Azərbaycan qadın şahmatı tarixində yeni rekorda imza atıb.

Sportline.az xəbər verir ki, millinin lideri Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qadınlar arasında reytinq cədvəlində ilk "20-lik"də yer alan ilk azərbaycanlı şahmatçı olub.

Qeyd edək ki, 22 yaşlı iti zəka sahibi FIDE-nin oktyabr ayına olan reytinq siyahısında 2483 xalla 18-ci sırada qərarlaşıb.

Bunadək ən yüksək göstərici də Məmmədzadənin özünə məxsus olub. O, ötən ayın sıralamasında 2473 xalla 23-cü pillədə yer alıb.