"Şamaxı" onu da heyətdə saxladı

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Həbib İsmayılovla yeni müqavilə imzalanıb.

22 yaşlı vinger növbəti 2 mövsümü "Şamaxı"da keçirəcək.

Xatırladaq ki, bölgə təmsilçisi Abdulla Seydəhmədovla da yeni müqavilə imzalayıb.