"Shamkir Chess 2019": Məmmədyarov Karlsenlə heç-heçə edib
Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirində V turun görüşləri yekunlaşıb.
Sportline.az xəbər verir ki, norveçli dünya çempionu Maqnus Karlsen ilə qarşılaşan Şəhriyar Məmmədyarov görüşdən sülhlə ayrılıb.
Digər qrossmeysterimiz Teymur Rəcəbov isə rusiyalı Sergey Karyakinlə görüşdə xalları yarı bölüb - 0,5:0,5.
"Shamkir Chess 2019"
V tur
4 aprel
Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5
David Navara (Çexiya) - Dinq Liren (Çin) - 1:0
Vişvanatan Anand (Hindistan) - Aniş Giri (Hollandiya) - 1:0
Aleksandr Qrişuk (Rusiya) - Veselin Topalov (Bolqarıstan) - 1:0
Qeyd edək ki, Maqnus Karlsen 3,5 xalla turnir cədvəlinin lideridir. Aktivində 3 xal olan Vişvanatan Anand və Sergey Karyakin 2-3-cü, 2,5 xalı olan Dinq Liren, Teymur Rəcəbov, David Navara və Aleksandr Qrişuk 4-7-ci yerləri bölüşür. Veselin Topalovla Şəhriyar Məmmədyarov 2 xalla 8-9-cu yerlərdədir. Aniş Giri isə 1,5 xalla autsayderdir.