"Şəfa" növbəti transferi açıqladı
"Şəfa" növbəti transferini həyata keçirib.
Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Paytaxt təmsilçisi Arsen Ağcabəyovu heyətinə qatıb.
25 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Ağcəbəyov son olaraq "Şamaxı"nın formasını geyinib.
Qeyd edək ki, "Şəfa" bundan əvvəl Nicat Mehbalıyev, Rauf Hüseynli ilə anlaşıb.