"Şəfa"nın ilk transferi
"Şəfa" 2026/2027 mövsümü üçün ilk transferi reallaşdırıb.
Sportline.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Paytaxt təmsilçisi müdafiəçi Rauf Hüseynlini heyətinə qatıb. 26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən R.Hüseynli son olaraq "Kəpəz"in formasını geyinib.
O, ötən mövsüm 28 oyunda meydana çıxaraq 6 qol vurub və 1 məhsuldar ötürmə edib.
Hüseynli "Qarabağ", Zirə", "Şamaxı" və "Qəbələ" klublarının formasını geyinib.