Şəhriyar final görüşünə çıxır
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ilk final görüşünü keçirəcək.
Sportline.az xəbər verir ki, 37 yaşlı qrossmeyster polşalı Yan Kşiştof-Duda ilə görüşəcək.
İkinci final qarşılaşması oktyabrın 21-də olacaq.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov yarımfinalda Rumıniyanı təmsil edən Riçard Rapporta qalib gəlib.