Şevçenkodan sərt açıqlama
Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Şevçenko sərt açıqlama ilə gündəmə gəlib.
Sportline.az xəbər verir ki, o, UEFA-nın Rusiya klubları ilə bağlı sanksiyanı mümkün azaltmaq istəyinə qarşı çıxıb.
Şevçenko ali futbol qurumunun rəhbərliyini bundan əvvəl Ukraynaya baş çəkməyi məsləhət görüb.
"Mən UEFA rəhbərliyini Ukraynaya dəvət etmək istərdim. Onlar bu qərarı qəbul etməzdən əvvəl buradakı vəziyyətlə tanış olsalar yaxşıdır", - deyə Şevçenko "Sky Sports"a açıqlamasında fikrini belə izah edib.
Qeyd edək ki, UEFA prezidenti Aleksandr Çeferinin Rusiyanın gənclərdən ibarət milli komandalarının beynəlxalq yarışlara buraxılması ideyasını dəstəklədiyi bildirilir.