Simeone "Napoli"də
“Verona”nın futbolçusu Covanni Simeone karyerasını “Napoli”də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, 26 yaşlı forvard Neapol təmsilçisinin transferdə əsas hədəfidir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“Napoli” Simeone ilə ilkin razılığa gəlib. Klublar arasında isə danışıqlar davam edir.
Simeone ötən mövsüm A Seriyasında 17 qol vurub.
Hücumçu “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğludur.