Sinner fanatlarına bəd xəbər

İtaliyalı tennisçi Yannik Sinnerin dönüşü ləngiyə bilər.

Sportline.az xəbər verir ki, dünya tennisçilərinin reytinq siyahısında ikinci olan idmançının "Rolan Qarros" turnirində iştirakı sual altındadır.

Bu haqda "La Gazzetta Della Sport" məlumat yayıb.

Mənbə bunu Sinnerin zədədən sonrakı bərpa prosesinin tam bitməməsi ilə əlaqələndirir.

Qeyd edək ki, bu yarış Sinner üçün olduqca əhəmiyyətli sayılır.

Belə ki, "Böyük dəbilqə" turnirlərinin 24 qat qalibi Novak Cokoviç Fransada finala çıxmasa reytinq siyahısındakı zirvəni Sinnerə təhvil verəcək.