Smollinq "Roma"ya keçdi

"Mançester Yunayted"in futbolçusu Kris Smollinqin "Roma"ya keçidi rəsmiləşib.

Sportline.az xəbər verir ki, 29 yaşlı müdafiəçi 2019/2020 mövsümünü icarə əsasında İtaliya təmsilçisində keçirəcək. "Roma" İngiltərə klubuna 3 milyon avro icarə haqqı ödəyəcək.

Qeyd edək ki, K.Smollinq yeni klubunda 6 nömrəli forma geyinəcək.