"Spartak" baş məşqçi Stankoviçin debüt oyununda qələbə qazanıb
Moskva "Spartak"ı baş məşqçi Stankoviçin rəhbərliyi altında ilk oyununa çıxıb.
Sportline.az xəbər verir ki, "qırmızı-ağlar" yoldaşlıq görüşündə "Torpedo" Moskvanı 3-1 hesabı ilə məğlub ediblər.
Paytaxt təmsilçisinin bu qarşılaşmada qələbə qollarını Anton Zinkovskiy, Pavel Melyoşin və Daniil Zorin vurub.
Qeyd edək ki, "Spartak" - "Torpedo" matçı bağlı qapılar arxasında baş tutub.