"Spartak" Mosvka rusiyalı futbolçu ilə yollarını ayırıb

"Spartak"ın oyunçusu Leon Klassen komandanı tərk edib.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 24 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Klassen 2022-ci ildə "Tirol" klubundan "Spartak"a transfer olunmuşdu. Gənc yarımmüdafiəçi bu müddət ərzində paytaxt klubunda 32 oyuna çıxıb və 2 qol vurub.O, həmçinin klubla birgə Rusiya Kubokunu qazanıb.

Klassen 2021-ci ilə qədər Almaniyada çıxış edirdi. Onun Rusiyanın müxtəlif yaşlarda gənclərdən ibarət milli komandasının heyətində bir neçə oyunu var.