"Spartak"ın baş məşqçisi qərarını açıqladı
"Spartak"ın çalışdırıcısı Gilyermo Abaskal klubdakı gələcəyinə aydınlıq gətirib.
Sportline.az xəbər verir ki, ispaniyalı mütəxəssis karyerasını "Spartak"da davam etdirməyi qərara aldığını açıqlayıb.
"Əlbəttə ki, mən "Spartak"da qalıram", - deyə o, "RİA Novosti"nin sualını cavablandırıb.
Qeyd edək ki, bu günlərdə Abaskalın "Kadis"lə anlaşdığı haqda xəbərlər dolaşırdı.
34 yaşlı baş məşqçinin "Spartak"la 2025-ci ilədək müqaviləsi var.