"Spartak"ın yeni transferi Uilyam Jozenin Moskvaya gələcəyi tarixi bəlli olub

"Spartak" Mosvkanın "Betis"dən heyətinə qatdığı Uilyam Joze bu həftəsonu Rusiyaya gələcək.

Sportline.az Metaratings-ə istinadla xəbər verir ki, futbolçu ilk öncə tibbi müayindən keçəcək və prosesin uğurla başa çatacağı halda klubla rəsmi müqavilə imzalanacaq.

Mənbənin sözlərinə görə, bu keçid Moskva klubuna 3 milyon avro başa gələcək.

Qeyd edək ki, braziliyalı hücumçu ötən mövsüm "Real Betis"in heyətində 43 oyunda 14 qol və 6 məhsuldar ötürmə ilə çıxış edib.

32 yaşlı forvardın Sevilya təmsilçisi ilə müqaviləsi 2026-cı ilə qədər idi.