"Srvena Zvezda"nın rəsmisi Xorvatiyada döyülüb
Belqradın "Srvena Zvezda" basketbol klubunun direktorlar şurasının üzvü Xorvatiyada fiziki təzyiqə məruz qalıb.
Sportline.az xəbər verir ki, bu haqda klubun saytında məlumat yayılıb.
Adriatik Liqası yarışında "Zadar"la oyun üçün Xorvatiyaya gələn Serbiya təmsilçisinin rəsmisi ilə yanaşı mətbuat xidmətinin iki əməkdaşı da yerli fanatlar tərəfindən döyülüb.
Maskalı fanatların hücumuna məruz qalan qonaq komandanın əməkdaşları ciddi bədən xəsarətləri alıblar.