Stiven Nzonzi "Qalatasaray"da

"Roma"nın yarımmüdafiəçisi Stiven Nzonzinin "Qalatasaray"a keçidi rəsmiləşib. 

Sportline.az xəbər verir ki, bu barədə İstanbul klubunun saytı məlumat yayıb. Fransa millisinin üzvü Türkiyə klubuna 1 illik icarəyə verilib. 

Müqaviləyə əsasən "cim-bom" birillik icarə müddətini gələn ilin yayında daha bir il uzatmaq hüququna malik olacaq.

Qeyd edək ki, Stiven Nzonzi "Roma"ya ötən il "Sevilya"dan keçib.