Stolüstü tennisçimiz Çində hazırlıq keçəcək
Stolüstü tennisçi Onur Quluzadə iyunun 18-dən etibarən növbəti beynəlxalq təlim-məşq toplanışına qatılıb.
Sportline.az xəbər verir ki, seçmə komandamızın üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə, iyulun 5-dək Çin Xalq Respublikasının Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək.
Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandasının bazası hesab olunur.
Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
Seçmə komandamızın üzvləri mütəmadi olaraq Çində təşkil olunan anoloji hazırlıq proseslərinə qatılırlar.