"Sumqayıt"da yeni müqavilə

"Sumqayıt" klubu futbolçusu Ayxan Süleymanlı ilə müqavilənin müddətini uzadıb.

Sportline.az xəbər verir ki,  bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

20 yaşlı müdafiəçi "3+1" illik yeni sözləşmə imzalayıb.

Qeyd edək ki, 2022-ci ildən "Sumqayıt"ın formasını geyinən oyunçu bu vaxta qədər Premyer Liqada 16 matçda meydanda olub. Onun müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaqdı.