"Sumqayıt"da yeni baş məşqçi

2022/23 mövsümündə I Divizionda çıxış edəcək “Sumqayıt-2”-nin baş məşqçisi vəzifəsinə təyinat gerçəkləşib. 

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşıdakı mövsümdə həmin vəzifəni Vüqar Quliyev icra edəcək. 

2014-cü ildən akademiyada müxtəlif yaş qruplarında fəaliyyət göstərmiş mütəxəssis ötən mövsüm U-17 komandasını çalışdırıb.

Banner