Super Liqa çempionu 3-cü liqada mübarizə aparacaq

Türkiyə tarixində 6 fərqli çempiondan biri olan “Bursaspor” 3-cü liqaya düşüb.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, Türkiyə 2-ci liqasının 30-cu həftə oyununda öz meydanında

“Serik Belediyyespor”la 2-2 hesabı ilə bərabərə qalan “Bursaspor” 3-cü liqaya yuvarlanıb.

Qeyd edək ki, “Bursaspor” 2009-2010 mövsümündə Türkiyə Super Liqasının çempionu olub.