Taekvondoçumuz Olimpiadanın bürünc medalını qazandı

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir.

Sportnet.az xəbər verir ki, yarışın 4-cü günündə 63 kq çəki dərəcəsində mübarizə aparan taekvandoçumuz Cavad Ağayev mübarizəyə qoşulub. O, 1/4 finalda iranlı Həmid Mahiabadi Aşgari üzərində 9:8 hesablı qələbə qazanıb. Yarımfinalda isə idmançımızın rəqibi cənubi koreyalı Vonhe Ço olub. Bu dueldən məğlub ayrılan C.Ağayev komandamızın aktivinə növbəti medalı yazdırıb.

Qeyd edək ki, Olimpiadada cüdoçumuz Vüqar Talıbov 66 kq çəki dərəcəsində qızıl medal qazanıb.