"Telekom"dan növbəti qələbə
Bu gün qadın voleybolçular arasında Azərbaycan "Super Liqa"sında bir oyun keçirilib. SportLine.az xəbər verir ki, yeganə görüşdə "Gənclik" "Telekom"u qəbul edib. "Rabitəçilər"in aşkar üstünlüyü ilə keçən matçda gənc voleybolçular növbəti dəfə məğlubiyyətlə barışıblar.
04 noyabr 2015
"Super Liqa", 5-ci tur
"Gənclik" - "Telekom" 0:3 (17:25, 19:25, 15:25)