Teymur Məmmədov, Kamran Şahsuvarlı və Rüfət Hüseynovdan növbəti qələbə
Bakıda boksçuların olimpiya lisenziyalı təsnifat turniri davam edir. SportLine.az xəbər verir ki.ş yarışın növbəti günündə 2-ci qarşılaşmaya çıxan Teymur Məmmədovun rəqibi gürcüstanlı Laqo Kiziriyu olub. 81 kq-dək çəki dərəcəsində yarışan boksçumuz gərgin döyüşdən qalib ayrılıb.
Uğurun davamını Rüfət Hüseynov (49 kq) gətirib. Boksçumuz mərakeşli Zouhir Əl-Bakkalı üstələyib. Kamran Şahsuvarlı (75 kq) da ümidləri doğruldub. O, venesuelalı Yohan Qonsalesi məğlub edib.